Xerson kütləvi raket atəşinə tutuldu: ölü və yaralılar varbackend

Xerson kütləvi raket atəşinə tutuldu: ölü və yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bazar günü Xersonun kütləvi atəşə tutulması nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

Editor.az bildirir ki. bu barədə Xerson VHA-a istinadən Səhiyyə nazirliyindən məlumat veriblər. Məlumatda deyilir: ” Xersona artıq 7 hücum həyata keçirilib.

Daha sonra Administrasiyadan bildiriblər ki, bazar günü Xersonun atəşə tutulması nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb. Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Bir nəfərin vəziyyəti ağırdır. Bundan başqa, düşmənin atəşə tutması nəticəsində bir sıra mülki infrastruktur obyektlərinə – Xerson Regional Klinik Xəstəxanası, məktəb, avtovağzal, poçt, bank və yaşayış binalarına ziyan dəyib. Qurbanlar arasında Rusiya hücumu zamanı regional xəstəxanada olan tibb bacısı da var.

Qadın əməliyyat olunub, o, orta-ağır bədən xəsarətləri alıb. Ostrov mikrorayonunda enerji təchizatı itib. Yüksək gərginlikli xətlərdə yaranan fasilə nəticəsində 9500-dən çox abonent işıqsız qalıb.

 //Samir Qurbanov, Editor.az