Yaşıllıqları məhv edən maşının hansı quruma məxsus olduğu BİLİNDİ – YENİLƏNİB + FOTObackend

Yaşıllıqları məhv edən maşının hansı quruma məxsus olduğu BİLİNDİ – YENİLƏNİB + FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkir Rayon İcra Hakimiyyəti Bakı şəhərində avtomobilin yaşıllıqlar üzərində park edilməsi ilə bağlı xəbərə aydınlıq gətirib.

Qurumdan Oxu.Az-a bildirilib ki, maşın icra hakimiyyətinə məxsus deyil:

“Avtomobil nə icra başçısına, nə də quruma məxsus deyil”.

Avtomobil Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Şəmkir suvarma sistemləri idarəsinə məxsusdur.

11:32

Bakı şəhərində avtomobil yaşıllıqların üzərində park edilib.

Oxu.Az-ın məlumatına görə, foto Nəsimi rayonu, Cavadxan küçəsi 14 ünvanında çəkilib.

Belə ki, avtomobil sahibi maşını belə saxlamaqla həm yaşıllığı məhv edir, həm də sakinlərin küçədən keçməsinə maneə yaradır.

Avtomobilin Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevə aid olduğu vurğulanır.

Qeyd edək ki, sözügedən ərazidə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən ötən ilin iyul ayında abadlaşdırma işləri aparılıb və sakinlərin ixtiyarına verilib.