Yol kənarında faciəvi şəkildə ölən Rəşad və Yaşarın FOTOlarıbackend

Yol kənarında faciəvi şəkildə ölən Rəşad və Yaşarın FOTOları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, martın 17-nə keçən gecə Ağdaşda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hadisə gecə saat 22 radələrində baş verib. Adil Qasımov adlı şəxs idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə Ləki qəsəbəsi ərazisində hərəkətdə olarkən yolun kənarında dayanan 2 “Ford” markalı yük avtomobilini vurub. Nəticədə hər iki “Ford”un sürücüsü, 1980-ci il təvəllüdlü Ağəmmədov Yasin Sədyar oğlu və 1991-ci il təvəllüdlü Əlizadə Rəşad Ədalət oğlu, eləcə də orada olan 1982-ci il təvəllüdlü Qarayev Yaşar Maarif oğlu aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.

Editor.az qafqazinfo-ya istinadən dəhşətli qəzada həyatını itirən 1991-ci il təvəllüdlü Əlizadə Rəşad Ədalət oğlunun və onun qohumu, 1982-ci il təvəllüdlü Qarayev Yaşar Maarif oğlunun fotosunu təqdim edir: