“Yol tikiləndə ən azı 30-40 il istismar müddəti olmalıdır”-ŞƏRHbackend

“Yol tikiləndə ən azı 30-40 il istismar müddəti olmalıdır”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yol növündən asılı olmayaraq mədəniyyət, iqtisadiyyat deməkdir”.

Bu sözləri Editor.az-a yolların tikintisi və bərpası ilə bağlı danışarkən millət vəkili Rüfət Quliyev deyib.

Deputat bildirib ki, yol iqtisadiyyatın bir növ qan-damar sistemidir: “Ona görə ki, yol iqtisadiyyatın inkişafına böyük təkan verən amildir.

Yol tikilində ən azı 30-40 il istismar müddəti olmalıdır. Artıq 40 il keçdikdən sonra yolun bərpası barədə düşünmək olar. Əfsuslar olsun ki, hazırda tikilən yolların bir hissəsi çox tez bir zamanda sıradan çıxır. Yol tikildikdən sonra sığortalanmalıdır ki, onu 30-40 il müddətinə istismar etmək olar.

Hazırda Almaniyada 1930-1940-cı illərdə tikilən yollar hələ də fəaliyyət göstərir. Bu isə alman keyfiyyətinin üstünlük təşkil etdiyini göstərir. Bu cür yollara Yaponiya, Cənubi Koreya, İtaliya və Fransada da rast gəlmək olar.

Qeyd etmək lazımdır ki, Azərbaycanda salınan beynəlxalq yolların bir çoxu da ekspertlər tərəfindən təsdiqlənir ki, təhlükəsiz və standartlara uyğundur”.

//Səbinə Hüseynli, Editor.az