Yük maşını 19 yaşlı velosipedçini vurub öldürdübackend

Yük maşını 19 yaşlı velosipedçini vurub öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Editor.az APA-ya istinadən bildirir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Təklə kəndindən keçən hissəsində qeydə alınıb.

Ağsu rayon sakini, 62 yaşlı Behbudov Elbrus Mosu oğlunun idarə etdiyi “Ford” markalı yük maşını Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən yolun kənarı ilə velosipedlə hərəkət edən Kürdəmir rayon Şahsevən kənd sakini, 19 yaşlı Novruzov Ramil Adil oğlunu vurub.

R. Novruzov hadisə yerində dünyasını dəyişib.

Onun meyiti müayinə üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.