Yunanıstan “XƏNDƏK MÜHARİBƏSİ”nə hazırlaşır? – FOTObackend

Yunanıstan “XƏNDƏK MÜHARİBƏSİ”nə hazırlaşır? – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstan Türkiyə ilə sərhəddə tank əleyhinə xəndəklər qazmağa başlayıb.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, Yunanıstan Türkiyə ilə quru sərhədini bu xəndəklərlə “bağlamağı” planlaşdırır: “Meriç çayı istiqamətində çoxsaylı inşaat texnikası cəlb edilib, təcili işlər aparılır”.

“Euronenews”un yunan xidməti sərhəddə aparılan işlərlə bağlı fotolar yayımlayıb.

Məlumata görə, Türkiyə ilə sərhəddə tank əleyhinə xəndəklərin qazılması layihəsi hələ 2010-cu ildən mövcud olub. Lakin son gərginlik fonunda bu istiqamətdə işlər sürətlənidirilib.

Yunan mediası işlərin bir neçə ay ərzində başa çatdırılacağını yazır. Xəndək 135 kilometr uzununda, 32 metr enində, 7 metr dərinlikdə olacaq.

Publika.az