backend

"Anglo Asian Mining"in Azərbaycan banklarına 11 mln. dollarlıq kredit borcu var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2017-ci ilin iyunun 30-na “Anglo Asian Mining” şirkətinin kreditlər üzrə borcu 30,4 mln. dollar təşkil edir.
bu barədə şirkətin saytında yer alan hesabatda qeyd edilib.
Şirkətin Amsterdam Ticarət Bankına 6,2 mln. dollar, “Qazprombank”a 6,2 mln. dollar, “PAŞA Bank”a 6,2 mln. dollar, “Azərbaycan Beynəlxalq Bankı”na 3,9 mln. dollar, “Yapı Kredi Bankası A.Ş.”-yə 2,6 mln. dollar, “Kapital Bank”a 0,5 mln. dollar, “Atlas Copco”ya 0,5 mln. dollarlıq kredit borcu var.
“Anglo Asian Mining” direktordan 3,8 mln. dollar məbləğində kredit cəlb edib.
Qeyd edək ki, şirkət Azərbaycanda 6 qızıl yatağında hasilat aparır.
//APA