10 yaşlı qız öz ad günü tortunu yedikdən sonra ölübbackend

10 yaşlı qız öz ad günü tortunu yedikdən sonra ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

10 yaşlı qız ailəsinin ad günü üçün sifariş etdiyi tortu yedikdən sonra ölüb.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, harisə Pəncabın Patiala şəhərində baş verib. Belə ki, Manvi adlı qız qida zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ailənin sosial media hesabındakı paylaşımlarında kiçik qızcığazın ölümündən bir neçə saat əvvəl tortu kəsərək bayram etdiyini görmək olur.

Yerli mətbuatın məlumatına görə, bütün ailə tortu yedikdən üç saat sonra xəstələnib. Manvi adlı balaca qızcığaz xəstəxanaya aparılıb, oksigen dəstəyi verilib və EGK aparılıb, lakin o, qısa müddət sonra dünyasını dəyişib. Polis hadisə ilə bağlı araşdırma aparıldığını bildirib.

//Gülnarə Abasova, Editor.az