Rusiyada hakimiyyətə qarşı qəsdin üstü açılıbbackend

Rusiyada hakimiyyətə qarşı qəsdin üstü açılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Volqoqrad vilayətində “hakimiyyəti zorakılıqla ələ keçirməyə” hazırlaşdığı iddia edilən qrup saxlanılıb.

Editor.az bildirir ki, bu barədə çərşənbə günü jurnalistlərə Rusiyada Federal Təhlükəsizlik Xidmətinin Volqoqrad üzrə İdarəsinin mətbuat xidmətindən məlumat verilib. Həmin məlumata görə, əməliyyat-axtarış tədbirləri zamanı təqsirləndirilən şəxslərin Volqoqrad yaxınlığında “ekstremist təşkilat” yaratdıqları məlum olub.

Onların yığıncaqlarında guya Rusiya təhlükəsizlik qüvvələrinə və hərbçilərə qarşı yanar maddələrdən və odlu silahlardan istifadə etməklə hökuməti devirmək planlarını müzakirə edilib. “Rusiya Federal Təhlükəsizlik Xidmətinin Volqoqrad vilayəti üzrə əməkdaşları Rusiya Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsinin nümayəndələri ilə birlikdə bölgədə ekstremist icmanın yaradılmasında iştirak edən rayon sakinlərini müəyyən ediblər. Əməliyyat-axtarış tədbirləri zamanı məlum olub ki, qurumun üzvləri öz yığıncaqlarında Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarının və Silahlı Qüvvələrinin nümayəndələrinə, onların nəqliyyat vasitələrinə, eləcə də digər sosial infrastruktur obyektləri”nə qarşı odlu silah və tezalışan maddələrdən istifadə etməklə hakimiyyətin zorla ələ keçirilməsinə dair məsələləri və hazırlıqları müzakirə ediblər”, – məlumatda deyilir. Saxlanılanlara qarşı “ekstremist qruplaşma təşkil etmə” maddəsi ilə cinayət işi açılıb. Şübhəliləri on ilə qədər həbs cəzası gözləyir.

  Editor.az