İsveç və Finlandiya 2023-cü ilin payızına kimi NATO-ya daxil olmalıdır. Çünki bu ölkələr Türkiyənin bütün tələblərini yerinə yetiriblər.
Editor.az bildirir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib. Onun sözlərinə görə, Macarıstan və Türkiyə istisna olmaqla, bütün NATO ölkələri artıq dövlətlərin alyansa daxil olması ilə bağlı sənədləri ratifikasiya ediblər: “Mən hər iki ölkə üçün sənədlərin eyni vaxtda ratifikasiyası üçün fəal şəkildə çalışıram.
Sabah Türkiyəyə uçuram, həm də bu məsələni müzakirə etmək üçün”, –Stoltenberq Şimali Atlantika Şurasının iclasından sonra jurnalistlərə bildirib. Eyni zamanda o vurğulayıb ki, indi hər şey Türkiyədən asılıdır. “O, hər iki protokolu bir anda ratifikasiya etmək qərarına gələcək. Bu mənim tövsiyə etdiyim şeydir, bəlkə də əvvəlcə yalnız bir sənədi ratifikasiya edəcək.
Bu, NATO-nun deyil, Türkiyənin qərarı olacaq”, – deyə alyansın baş katibi bildirib. Fevralın 11-də Finlandiya prezidenti Sauli Niinistö ölkəsinin və İsveçin iyul ayına qədər NATO-ya üzv ola biləcəyini bildirib. Onun fikrincə, Şimali Avropa ölkələrinin alyansa daxil olması Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan asılıdır. Qeyd edək ki, Türkiyə iki ölkənin alyansa qoşulması üçün onlardan PKK terrorçularının ekstradisiyasını tələb edib. İsveçdə Quranın yandırılmasından sonra Rəcəb Tayyib Ərdoğan yalnız Finlandiyanın NATO-ya qoşulmasına razılıq verə biləcəyini deyib.
//Samir Qurbanov, Editor.az