“BNA sürücülərə qan uddurur” – Rəşad Məcidbackend

“BNA sürücülərə qan uddurur” – Rəşad Məcid

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bir müddətdir ki, Bakı Nəqliyyat Agentliyi paytaxt küçələrində dayanma-durma qaydalarını pozan nəqliyyat vasitələrinə qarşı gördüyü inzibati tədbirlər sosial şəbəkələrdə tez-tez müzakirə olunur.
Editor.az xəbər verir ki, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də bu mövzuya toxunaraq sosial şəbəkə hesabında qurumun sürücülərə qan uddurduğunu yazıb:
“BNA sürücülərə qan uddurur. Bundan yumşaq söz demək çətindir. Maşını 20-30 saniyəlik saxlayıb sərnişin düşürənlərə 20-40 manat cərimə yazmağın başqa adı yoxdur”.