ABŞ: Sanksiya məngənəsindəki Rusiya iqtisadiyyatı Şimali Koreyanın aslılığına düşdübackend

ABŞ: Sanksiya məngənəsindəki Rusiya iqtisadiyyatı Şimali Koreyanın aslılığına düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ukraynada davam edən müharibə üçün Şimali Koreyadan milyonlarla raket və artilleriya mərmisi almaq prosesini davam etdirir. ABŞ rəsmiləri hesab edir ki, ruslar gələcəkdə Şimali Koreyadan əlavə hərbi texnika da ala bilər. ABŞ kəşfiyyat qrupunun araşdırmaları nəticəsində Rusiyanın Ukraynadakı müharibədə ciddi texniki təchizat çatışmazlığı yaşadığı və buna görə də Şimali Koreyaya silah üçün müraciət etdiyi aşkara çıxıb. Lakin Rusiyanın Şimali Koreyadan nə qədər silah almağı planlaşdırdığı ətraflı açıqlanmayıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu məsələ Bayden administrasiyasının Rusiya ordusunun Ukraynadakı döyüş meydanında istifadə üçün avqust ayında İran istehsalı olan dronları təhvil aldığını təsdiqlədikdən sonra ortaya çıxdı.

Ağ Ev Rusiyanın Ukrayna müharibəsindən istifadə etmək üçün Tehrandan aldığı İran istehsalı olan dronlarda texniki problemlərlə üzləşdiyini bildirib.

//Safura Bənnayeva, Editor.az