Adnan Oktar təşkilatını həbsxanadan idarə edirbackend

Adnan Oktar təşkilatını həbsxanadan idarə edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adnan Oktar cinayyətkar dəstəsini və qanunsuz təşkilatını həbsxanadan idarə edir. Editor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, türk polisinin apardığı əməliyyat nəticəsində Adnan Oktarın dəstəsindən olan və ilk məhkəmənin qərarı ilə sərbəst buraxılan 68 nəfərdən 61-i yenidən həbs edilib. Onlara qarşı cinsi istismar maddəsi ilə cinayət işi açılıb.

Polisin verdiyi məlumata görə, Oktarın İstanbulda iki , Ankarada bir vəkilinin ofisində axtarış aparılıb. Axtarış nəticəsində məlum olub ki, təşkilatını həbsxanadan idarə edən Oktar təlimatlarını vəkillərinin vasitəsi ilə təriqət üzvlərinə çatdırıb. Polislər axtarış-əməliyyat tədbirləri nəticəsində Oktarın “Varlığınızı davam etdirin” təlimatını ifşa edib.

//Editor.az