“Almaniya və Fransanın planları reallaşmayacaq” – AÇIQLAMAbackend

“Almaniya və Fransanın planları reallaşmayacaq” – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya-Ukrayna müharibəsinə 2014-cü ildən bəri Fransa və Almaniya tamamilə fərqli mövqe tutdu. Məhz Minsk formatında bu iki dövlət Ukraynaya güzəştə getməkdə maraqlı olublar. İndi də həmin siyasəti həyata keçirirlər. Almaniya hər gün açıqlama verir ki, biz Ukraynaya hərbi yardım edəcəyik, sonra isə yardım edə bilməyəcəyini qeyd edir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

Onun sözlərinə görə, sözügedən ölkələrdə də Rusiya lobbisi çox güclüdür:

“ Eyni zamanda, Rusiya ilə qaranlıq siyasi əlaqələr və enerji məsələsində bu iki dövlət münasibətləri normal saxlamağa çalışır. Böyük Britaniyanın da Ukrayna məsələsində rolu və anqlosaksların mövqeyinin ciddi şəkildə güclənməsi Avropada  Almaniya və Fransanı ciddi narahat edir. Bu dövlətlər ABŞ və Böyük Britaniyanın Ukrayna müharibəsinin təsiri ilə Avropada mövqeyinin güclənməsindən narahatdır. Onlar balansı saxlamaq üçün Rusiya ilə əlaqələri inkişaf etdirməyə çalışırlar. Burada həm iqtisadi, həm də siyasi aspektlər böyük rol oynayır”.

Politoloqun fikrincə, tərəflər bundan sonra da çalışacaqlar ki, Ukrayna Rusiyaya güzəştə getsin:

“Amma Fransa və Almaniyadan güclü olan dövlətlər var. Başda ABŞ olmaqla, bir sıra dövlətlər Rusiyanın Ukraynada məğlub olmasında maraqlıdır. Fransa və Almaniya mövqeyi proseslərin ciddi şəkildə dəyişməsinə təkan verməyəcək.
Artıq qış yaxınlaşır və qitə Rusiya qazından daha da asılı vəziyyətə düşəcək. Eyni zamanda, burada sosial məsələ də ciddi yer tutur. Çünki iqtisadi cəhətdən Almaniya sənaye ölkəsidir və sənayesi maye qazdan asılıdır. Belə olan halda Rusiyanın Almaniyaya qaz tədarükü Almaniya iqtisadiyyatı üçün əsas faktorlardan biridir. Ona görə də müharibənin tez bitməsinə çalışırlar. Amma proses heç də Fransa və Almaniyanın planlaşdırdığı kimi getməyəcək”.

//Safura Bənnayeva, Editor.az