Andrey Rudenko: Rusiya lazım olanda Yaponiyanın cavabını verəcəkbackend

Andrey Rudenko: Rusiya lazım olanda Yaponiyanın cavabını verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Yaponiyanın hərbi potensialının inkişafını diqqətlə izləyir.

Editor.az bildirir ki, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib. Onun sözlərinə görə, Uzaq Şərq regionlarına hər hansı təhlükə yaranarsa, Rusiya tərəfi dərhal cavab verəcək.

Rudenkonun sözlərinə görə, Yaponiya hərbi potensialının modernləşdirilməsini sürətləndirib və Rusiya sərhədləri yaxınlığında “təhlükəli fəaliyyətləri artırır”. Nümunə olaraq o, ABŞ-la keçirdiyi hərbi təlimləri göstərib. Moskva “diplomatik kanallar vasitəsilə dəfələrlə Yapon tərəfinə kəskin etirazını bildirib: Biz Yaponiyanın hərbi quruculuğunun inkişafını yaxından izləməyə davam edəcəyik və Uzaq Şərq regionlarımıza hər hansı potensial təhlükəsizlik təhdidləri yaranarsa, Rusiyanın müdafiə doktrinasına uyğun olaraq dərhal cavab tədbirləri görəcəyik”, – nazir müavini deyib.

Qeyd edək ki, Yaponiyada hipersəs silahlarının inkişafı 2018-ci ildən aparılır. Dekabrda Kyodo agentliyi xəbər vermişdi ki, Yaponiya Müdafiə Nazirliyi şimaldakı Hokkaydo adasında və cənub-qərbdəki Kyuşu adasında 1000 km-ə qədər mənzilli hipersəs silahları yerləşdirmək niyyətindədir. Bunun üçün nazirlik 2026-cı ilə qədər quru özünümüdafiə qüvvələrinin tərkibində iki yeni bölmə yaratmaq istəyir.

//Samir Qurbanov, Editor.az