Avropada təbii qaz böhranı: Qiymətlər getdikcə artırbackend

Avropada təbii qaz böhranı: Qiymətlər getdikcə artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropada təbii qaz böhranı getdikcə dərinləşir. Editor.az xarici mətbuata istinadən xəbər verir ki, qiymət artımına əsas təsir edən məqamlardan biri Rusiyadan Avropaya ötürülən təbii qazın az olması və “Şimal axını 1”in yaxın gələcəkdə normal axın səviyyəsinə qayıtmayacağı olub.

“Qazprom” iyulun 27-də “Şimal axını” boru kəməri ilə Avropaya gündəlik təbii qaz nəqletmə qabiliyyətini 20 faizə endirdiyini açıqlayıb. Nəhayət, Rusiya təbii qazını Almaniyaya daşıyan “Şimal axını” boru kəməri ilə daşımalar 31 avqust-2 sentyabr tarixlərində texniki xidmət üçün dayandırılıb. Digər tərəfdən, Avropa İttifaqı ölkələrinin təbii qaz anbarlarında doluluq nisbəti 80 faizi ötsə də, qış aylarında Rusiyadan gələn axının kəsiləcəyi təqdirdə anbarlardakı qazın istehlakı ödəməyə kifayət etməyəcəyi proqnozlaşdırılır.

//Gülnarə Abasova, Editor.az