“Azərbaycanın İranla münasibətlərinin normallaşması ilə bağlı son hadisələr fonunda şərtləri dəyişməyib”-ŞƏRHbackend

“Azərbaycanın İranla münasibətlərinin normallaşması ilə bağlı son hadisələr fonunda şərtləri dəyişməyib”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın İranla münasibətlərinin normallaşması ilə bağlı son hadisələr fonunda şərtləri dəyişməyib”.

Bu fikri Editor.az-a açıqlamasında “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltanlı deyib.

Politoloq münasibətlərin normallaşması üçün Tehranın atmalı olduğu addımlara diqqət çəkib:

“Bura ən əsası Tehrandakı səfirliyimizə qarşı terror hücumunun günahkarlarının tapılması aiddir. Hansı ki, İran Azərbaycan hüquq mühafizə təmsilçilərinin bu işin araşdırılmasında iştirakını təmin etməli və hadisə ilə bağlı ölkə hakimiyyəti üzr istəməlidir. İrandakı konsulluğumuzun diplomatlarının yerləşdiyi binanın təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanda pozuculuq fəaliyyətini dayandırması, Ermənistandan Azərbaycana qarşı terrorçu vasitəsi kimi istifadəsini dayandırması, İran hakimiyyətinin Ermənistanla birlikdə ərazilərimizdə qanunsuz terror təlimlərini dayandırması, Azərbaycanın Qarabağ iqtisadi rayonunda terror təlimlərini həyata keçirtmək üçün əraziyə sızdırılmış terrorçu qruplarla bağlı İrana qarşı sürdüyü şərtlərin qəbul edilməsi, regional “3+3″ əməkdaşlığında İranın iştirakı, Zəngəzur dəhlizi ilə bağlı layihənin həyata keçməsinə İranın maneə törətməməsidir. İran hakimiyyəti yalnız bunlara əməl edərsə Azərbaycanla münasibətləri normallaşdıra bilər”.

//Gülnarə Abasova, Editor.az