Azərbaycanda nüfuz alveri edən məmur cərimələndibackend

Azərbaycanda nüfuz alveri edən məmur cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cinayətdə təqsirləndirilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad Rayon Şöbəsinin müfəttişi Ramil Həsənova hökm oxunub.

“Qafqazinfo” xəbər verir ki, 1969-cu il təvəllüdlü məmur Cinayət Məcəlləsinin 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) maddəsi ilə təqsirləndirilib.

Cəlilabad Rayon Məhkəməsinin hökmü ilə R.Həsənova 5 min manat cərimə cəzası təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatda R.Həsənovun tabe qurumların çağırış və hərbi-həkim komissiyalarının vəzifəli şəxslərinin qərarlarına təsir imkanlarından istifadə edərək vətəndaşların hərbi xidmətə yararsız hesab edilməsinə nail olmaq üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitləri alması qeyd edilib.