Azərbaycanda qəzaya düşən Binəli Yıldırım əməliyyat olunubbackend

Azərbaycanda qəzaya düşən Binəli Yıldırım əməliyyat olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda keçirdiyi qəzadan sonra müalicə üçün İstanbula aparılan Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırım əməliyyat olunub.

Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca Binəli Yıldırım və onunla birlikdə qəzada yaralanan İstanbul millət vəkili Şamil Ayrımın vəziyyəti ilə bağlı açıqlamasında bildirib.

Nazir Binəli Yıldırımın baş dərisindəki toxuma itkisi səbəbindən toxuma transplantasiyası əməliyyatı keçirdiyini və vəziyyətinin yaxşı olduğunu bildirib.

Bədənində sınıqlar olan Şamil Ayrımın da vəziyyətinin yaxşı olduğu qeyd edilir.