Bir gün Kadırovun “ordusu” RF ərazisində rusları qırmağa başalayacaqbackend

Bir gün Kadırovun “ordusu” RF ərazisində rusları qırmağa başalayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada hərbi-siyasi baxımdan kifayət qədər çətin vəziyyət formalaşıb.

Editor.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov oktyabrın 13-də NV radiosuna müsahibəsində deyib. “Rusiyada kifayət qədər çətin vəziyyət yaranıb.

Bu gün orada ən azı dörd ordu fəaliyyət göstərir. Onların bir-biri ilə necə əlaqə qurduğunu, müəyyən işlərdə necə iştirak etdiklərini demək çətindir”, – Danilov deyib. O, izah edib ki, Çeçenistan rəhbəri Ramzan Kadırovun, Rusiya Qvardiyasının rəisi Viktor Zolotovun, həmçinin “Vaqner PMC”nin sahibi hesab edilən biznesmen Yevgeni Priqojinin hər birinin öz “orduları” var. Dördüncü Ordu isə “birbaşa” Rusiyanın müdafiə naziri Sergey Şoyqunun əlindədir.

“Bu dörd ordu gec-tez bir-biri ilə toqquşacaq. Mən dəfələrlə vurğulamışam ki, gün gələcək Kadırovun ordusu Rusiya Federasiyası ərazisində rusları öldürməyə başlayacaq və bu, an məsələsidir”, – o əlavə edib.

  //Samir,Editor.az