“Boris Conson” Niderlandda sükan arxasında sərxoş vəziyyətdə yaxalandı-FOTObackend

“Boris Conson” Niderlandda sükan arxasında sərxoş vəziyyətdə yaxalandı-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollandiya polisi Boris Consonun adına Ukrayna sürücülük vəsiqəsi olan sərxoş sürücünü yaxalayıb.

Editor.az xəbər verir ki, bu barədə OOG telekanalı məlumat verib. Hadisə şənbədən bazara keçən gecə baş verib. Zuidhorn şəhərinin 35 yaşlı sakini maşını ilə dirəyə çırpılıb.

Polis onun spirtli içkinin təsiri altında olduğundan şübhələnib. Sürücülük vəsiqəsinin yoxlanılması polisləri daha da təəccübləndirib. Həmin şəxs Boris Consonun adına verilmiş Ukrayna sürücülük vəsiqəsi təqdim edib. Həmin şəxsin vəsiqəni necə əldə etdiyi bəlli deyil. Sənəd müsadirə olunuub. Qaydaları pozan sürücünün isə ukraynalı olub-olmadığı barədə məlumat verilmir.

  //Samir QurbanovEditor.az