Ərdoğanın Rusiya çantası: Hansı məsələlər müzakirə olunacaq? – Açıqlandıbackend

Ərdoğanın Rusiya çantası: Hansı məsələlər müzakirə olunacaq? – Açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kreml Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında avqustun 5-də Soçidə keçiriləcək görüşlə bağlı açıqlama verib.

Kremlin sözçüsü Dmitri Peskov görüşdə prioritet mövzulardan birinin Ukraynadan taxıl daşınmasının bərpasını nəzərdə tutan razılaşma ilə əlaqədar olacağını deyib.

Peskov bildirib ki, Ərdoğan və Putin taxıl müqaviləsinin gedişatını müzakirə edəcəklər:

“Görüş həm də Suriya və Ukrayna məsələləri, taxıl daşınması üçün yaradılmış mexanizmin effektivliyi, beynəlxalq əlaqələrə dair fikir mübadiləsi üçün məlumat mübadiləsi baxımından yaxşı fürsətdir. Görüşün gündəliyi kifayət qədər sıx olacaq”.

Digər tərəfdən, diplomatik mənbələr görüş zamanı Türkiyənin Suriyanın şimalında mümkün əməliyyatının da gündəmdə olacağını söyləyiblər.

Teleqraf