G7 ölkələri bu gün Rusiya neftinin “tavan qiyməti” ilə bağlı razılaşmanı yekunlaşdıracaqlarbackend

G7 ölkələri bu gün Rusiya neftinin “tavan qiyməti” ilə bağlı razılaşmanı yekunlaşdıracaqlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

G7 rəsmiləri bildiriblər ki, ölkələrin maliyyə nazirləri bu gün Rusiya neftinin idxalına tavan qiyməti tətbiq etmək planlarını yekunlaşdıracaqlar.

Editor.az “Reuters”a istinadən xəbər verir ki, Rusiya Baş nazirinin müavini Aleksandr Novak G7 ölkələrinin Rusiya neftinə qiymət həddi tətbiq etmək müzakirələrini dəyərləndirib.

“Bu, tamamilə gülünc bir fikirdir. Bunun neft sektorunu və neft bazarında sabitliyi pozması ehtimalı böyükdür”,- deyə o, bildirib.

Qeyd edək ki, Qərb liderləri iyun ayında Moskvanın Rusiya neftinin tədarükünü kəsmədən müharibədə istifadə edə biləcəyi gəliri məhdudlaşdırmaq məqsədilə neft emalı müəssisələrinin və kommersiya alıcılarının Rusiya xam neftinin idxalı üçün ödəyə biləcəyi qiymətə tavan tətbiq etmək barədə razılığa gəliblər. Novak Rusiyanın 2022-ci ildə xam neft hasilatının 520-525 milyon ton aralığında olacağını gözlədiklərini də bildirib. 2021-ci ildə hasilat 524 milyon ton olub.

//Gülnarə Abasova, Editor.az