Hipermarketə hücum edən cinayətkarın zərərsizləşdirilmə anı – VİDEObackend

Hipermarketə hücum edən cinayətkarın zərərsizləşdirilmə anı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Fəvvarələr Meydanında atışma anı kameralara belə yansıyıb.

Editor.az Trend-ə istinadən xəbər verir ki, Xətai rayonundakı hipermarketə hücum etmiş silahlı şəxslərə qarşı keçirilən əməliyyat Səbail rayonu, Nizami küçəsində yerləşən Fəvvarələr Meydanında olub.

Belə ki, həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən biri- 2001-ci il təvəllüdlü Ruhlan İsmayılovun paytaxtın Səbail rayonu H.Z. Tağıyev küçəsindəki 19 saylı binada gizlənməsi müəyyən edilib.

O, saxlanılarkən avtomat silhdan polis əməkdaşlarına qarşı müqavimət göstərib və məhv edilib.

Əməliyyat anı ərazidə olan vətəndaşlar tərəfindən görüntüyə alınıb.

Həmin görüntüləri təqdim edirik: