İstanbul xəstəxanalarında müalicə alan Vətən müharibəsi qaziləri ilə görüş keçirilibbackend

İstanbul xəstəxanalarında müalicə alan Vətən müharibəsi qaziləri ilə görüş keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

17 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğu tərəfindən Novruz bayramı ərəfəsində İstanbul xəstəxanalarında müalicə alan Vətən müharibəsi qaziləri ilə görüş keçirilmişdir.

Görüşdə çıxış edən Azərbaycan Respublikasının İstanbul şəhərindəki baş konsulu Nərminə Mustafayeva Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazanmış olduğu şanlı zəfərdən bəhs etmiş, şəhid ailələri və qazilərə diqqət və qayğının dövlət siyasətinin tərkib hissəsi olduğunu vurğulayaraq, şəhidlərin xatirəsini hörmətlə anmış, qazilərimizin isə tezliklə sağalaraq vətənə geri dönməsini arzulamışdır.

Xanım Mustafayeva həmçinin, hər zaman Azərbaycanın yanında olmuş qardaş Türkiyənin Vətən müharibəsindəki hərtərəfli dəstəyini yüksək qiymətləndirərək, qazilərimizin sağlamlıqlarına qovuşmasında əməyi keçən Türkiyəli həkimlərə öz minnətdarlığını bildirmişdir.

Sözügedən tədbirdə Türkiyədəki Azərbaycan dərnəklərinin fəalları, Heydər Əliyev və Mübariz İbrahimov adına məktəblərin müəllim və şagird heyəti, eləcə də İstanbul universitetlərində təhsil alan azərbaycanlı tələbələr iştirak etmişdir.