ISW Baxmutda rusların planlarından danışıbbackend

ISW Baxmutda rusların planlarından danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya hərbi rəhbərliyi Ukrayna əks-hücumunun başlamasına qədər Baxmutun tutulmasını başa çatdırmağı hədəfləyir”.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) son hesabatında deyilir.

Analitiklər qeyd ediblər ki, “Vaqner” muzdluları ağır itkilər verməkdə davam edirlər, lakin şəhəri ələ keçirmək ümidi ilə Rusiya Müdafiə Nazirliyi “Vaqner”in bütün diqqətini şəhər döyüşlərində cəmləməsinə imkan yaratmaq üçün hava-desant bölmələrini yerləşdirib.

Mütəxəssislər əlavə ediblər ki, ərazidə hava-desant qüvvələrinin mövcudluğu “Vaqner” qrupunun güclənməsinə və Ukrayna qüvvələrinin geri çəkilməsinə səbəb ola bilər.
Analitiklər vurğulayır ki, “Vaqner” və Rusiya Hava Desant Qoşunlarının Baxmut ətrafında birgə işləməsi iddiası hərbi rəhbərliyin Baxmutun ələ keçirilməsini sürətləndirmək üçün artan gərginliyə baxmayaraq Priqojinlə əməkdaşlıq etmək niyyətində olduğunu göstərir.

//Safura Bənnayeva, Editor.az