Naxçıvanda yağışlı hava şəraiti qəzaya səbəb olub, ölən və xəsarət alan var – FOTObackend

Naxçıvanda yağışlı hava şəraiti qəzaya səbəb olub, ölən və xəsarət alan var – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi olub, ölən və xəsarət alan var.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə Naxçıvan-Şahbuz magistral yolunda, Babək rayonunun Şıxmahmud kəndində qeydə alınıb.

Belə ki, 67-BE-675 dövlət nömrə nişanlı “Hyundai İX35” markalı avtomobil idarəetmədən çıxaraq beton maneəyə çırpılıb. Hadisə nəticəsində sürücü – Babək rayon Cəhri qəsəbə sakini Telman Yunis oğlu Vəliyev ağır xəsarət alıb. Onun həyat yoldaşı Südabə Kazım qızı Vəliyeva isə hadisə yerində ölüb.

Qəzanın yağışlı hava şəraiti ucbatından baş verdiyi bildirilir. Hadisə yerinə DYP əməkdaşları və təxliyə maşını cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.