Amerika Ukraynaya qoşun göndərə bilərbackend

Amerika Ukraynaya qoşun göndərə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nümayəndələr Palatasında Demokratik Azlıqların lideri Hakim Ceffris deyib ki, ABŞ-ın Rusiya-Ukrayna münaqişəsinə müdaxilə etməsinə ehtiyac ola bilər.

Onun sözlərinə görə, Amerika qoşunlarının göndərilməsi istisna edilmir. “Biz Ukraynanın çökməsinə imkan verə bilmərik. Əgər bu baş verərsə, Amerikanın təkcə bizim pulumuzla deyil, həm də hərbi personalımızla münaqişəyə müdaxilə etməli olması ehtimalı böyükdür”, – deyə Jeffries CBS News-a bildirib. Demokratın fikrincə, Rusiya prezidenti Vladimir Putin Rusiyası Ukraynada qalib gəlsə, “dayanmayacaq” və NATO ölkələrini hədələyəcək.

Qeyd edək ki, Amerika hakimiyyəti dəfələrlə Ukraynaya qoşun göndərməyəcəklərini bəyan edib. Belə ki, aprelin əvvəlində dövlət katibi Entoni Blinken Vaşinqtonun münaqişənin gərginləşməsi riskinə görə ordunun göndərilməsinə qarşı olduğunu bildirib. O qeyd edib ki, bu, prezident Co Baydenin mövqeyidir. Son aylarda Fransa prezidenti Emmanuel Makron dəfələrlə qoşun göndərilməsinin mümkünlüyündən danışıb. Onun sözlərindən sonra bəzi NATO ölkələri belə planların olmadığını bəyan edib, bəziləri isə bu məsələnin müzakirəsini dəstəkləyib.

//Samir Qurbanov, Editor.az