Pakistan səfirliyi güllələnibbackend

Pakistan səfirliyi güllələnib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sudanda ordu ilə yarımhərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri arasında baş verən qarşıdurma zamanı Pakistanın Xartum səfirliyinin binasının güllələndiyi açıqlanıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, Pakistanın Xartum səfirliyindən verilən açıqlamada səfirlik binasına 3 güllənin dəydiyi qeyd edilib.

Bəyanatda bununla Sudanın diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin etmək üçün məsuliyyət daşıdığı Vyana Konvensiyasının açıq şəkildə pozulduğu qeyd edilib.

Eyni zamanda, Sudan hökumətindən Pakistanın Xartum səfirliyinin mühafizəsi üçün təhlükəsizlik işçiləri ilə təmin etməsi xahiş olunub.

//Safura Bənnayeva, Editor.az