Polşanın müdafiə naziri:” Rusiya tarixdə ilk dəfə deyil ki, öz imperiyasını diriltmək üçün cəhdlər edir”backend

Polşanın müdafiə naziri: “Rusiya tarixdə ilk dəfə deyil ki, öz imperiyasını diriltmək üçün cəhdlər edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın müdafiə naziri Marius Blaşçak Rusiyanın “Şimal axını” boru xətti ilə Avropaya təbii qaz axınını dayandırdığını xatırladaraq bildirib ki, Rusiya tarixdə ilk dəfə deyil ki, öz imperiyasını diriltmək üçün cəhdlər edir.

Editor.az Polşa Xəbər Agentliyinin (PAP) məlumatına istinadən xəbər verir ki,  Blaşçak bəyan edib ki, Avropa Rusiyanın təzyiqinə boyun əymədən enerji mənbələrini şaxələndirməlidir. Almaniyanı enerji baxımından Rusiyadan çox asılı olmaqda günahlandıran Blaşçak Rusiya ordusunun güclənməsində Almaniyanın da payı olduğunu, Rusiya prezidenti Vladimir Putinin də enerjidən gələn pullarla ordusunu gücləndirdiyini iddia edib.

//Gülnarə Abasova, Editor.az