Rusiyanın hücumu halında Amerika NATO ölkələrini müdafiə etməyəcək – Donald Trampbackend

Rusiyanın hücumu halında Amerika NATO ölkələrini müdafiə etməyəcək – Donald Tramp

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Donald Tramp Rusiyanın hücumu halında NATO ölkələrini müdafiə etməyəcəyi ilə hədələyib.

Editor.az xəbər verir ki, həftəsonu Cənubi Karolinada seçki kampaniyası mitinqində çıxış edən siyasətçi bildirib ki, o, prezident kimi Şimali Atlantika bloku ölkələrindən alyans qarşısında maliyyə öhdəliklərini yerinə yetirməyi tələb edib. Tramp böyük bir ölkənin lideri ilə uzun müddət əvvəl keçirdiyi görüşü xatırladıb.
Adının çəkilməsini istəməyən həmsöhbət Rusiyanın hücumuna məruz qalsalar, nə baş verəcəyini və ümumi büdcəyə ödənişlərin vaxtı keçdiyini soruşub.

İddialara görə, Tramp cavab verib ki, bu halda ABŞ-dan müdafiə gözləməyə ehtiyac yoxdur. Ağ Ev bu bəyanatları “şok və çılğın” adlandırıb və NATO-nun baş katibi Yens Stoltenberq Trampın Avropa və Amerika əsgərlərini riskə atdığını qeyd edib.

//Samir Qurbanov, Editor.az