“Rusiyanın yaxşı, keyfiyyətli əsgərləri var, lakin…”backend

“Rusiyanın yaxşı, keyfiyyətli əsgərləri var, lakin…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya silahlı qüvvələri “dəhşətli” keyfiyyətli bir ordudur. Lakin yüksək keyfiyyətli təlim keçmiş hərbi heyətinin əksəriyyəti artıq həyatda deyil”.

Editor.az bildirir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles “Daily Beast”-ə verdiyi şərhdə deyib.

“Bu yaxınlarda işğal olunmuş Ukrayna ərazisində bir rus bölməsi yeməksiz, corabsız və az miqdarda silahla yerləşdirildi. Bu, döyüşməyə gedən bir insan üçün fəlakətdir”, – Uolles misal çəkib.

Böyük Britaniya Müdafiə Nazirliyinin rəhbəri işğalçı ordunun kəmiyyət miqyasına və eyni zamanda şəxsi heyətin aşağı keyfiyyətinə diqqət çəkib: “Rusların kəmiyyəti var, lakin yaxşı təlim keçmiş hərbçilərin çoxu artıq ölüb”.

Nazir Rusiyanın Ukraynada başladığı müharibədə rus ordusunun ümumi itkilərinin təxminən 100 min nəfər olduğunu açıqlayıb.

“Onlar ətçəkən maşına bənzəyirlər. Onlar qoşunlarını ətçəkən maşına itələyirlər və böyük miqdarda artilleriyadan istifadə edirlər. Yalnız öz xalqını vecinə almayan bir dövlət 100.000 adamını ölməyə və fərariliyə göndərə bilər” – Uolles qeyd edib.

//Samir Qurbanov,Editor.az