Ruslar “Şahed”lərlə Odessa vilayətini bombaladıbackend

Ruslar “Şahed”lərlə Odessa vilayətini bombaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 19-na keçən gecə ruslar Odessa vilayətinə pilotsuz təyyarələrlə hücum edib və infrastruktur obyektlərinə zərbələr endirib.

Editor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığı məlumat yayıb. Məlumata görə, düşmən Odessa vilayətinə “Şahed”lər tərəfindən iki dəfə hücum edib. “Cənub” hava komandanlığının Odessa hava komandanlığının zenit-raket briqadasının əsgərləri 12 “Şahed-136/131” kamikadze pilotsuz uçan aparatından 10-nu məhv edib.

Qeyd edək ki, aprelin 18-də axşam saatlarında isə Müdafiə Qüvvələri Zaporojye vilayətində də düşmənin 7 pilotsuz təyyarəsini, o cümlədən İran istehsalı 6 “Şahed” kamikadze pilotsuz təyyarəsini vurub.

 //Samir Qurbanov,Editor.az