“STEAM peşələrinə diqqət ayrılan ölkələr sürətlə inkişaf edir”-ŞƏRHbackend

“STEAM peşələrinə diqqət ayrılan ölkələr sürətlə inkişaf edir”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünyada təhsil sahəsində STEAM istiqaməti üzrə peşələrin gücləndirilməsi baxımından trend var”.

Bu sözləri Editor.az-a STEAM layihəsinin əhəmiyyəti ilə bağlı danışarkən Azərbaycan innovasiyaların ixracı konsorsiyumunun icraçı direktoru Fərid Kazımov deyib.

Onun sözlərinə görə, dünyanın son 200 ildəki tarixi göstərir ki, dünyanı irəli aparan əsas biliklər qrupu STEAM peşələrində birləşmişdir: “Sivilizasiya son 200 ildə texnologiyanın inkişafı nəticəsində böyük sıçrayış əldə edib. Bunun nəticəsində isə insanların həyat keyfiyyəti yüksəlmişdir.

Dünyanın bəzi ölkələrində STEAM peşələrinin tədrisi və ona olan maraq gün keçdikcə daha da artır. STEAM peşələrinə diqqət ayrılan ölkələr sürətlə inkişaf edir. Azərbaycanda isə son illərdə orta təhsildə STEAM peşələrinə xüsusi diqqətin ayrılması təqdirəlayiqdir. Bu istiqamətdə ali məktəblərdə də STEAM layihəsinin tətbiqinə böyük ehtiyac var”.

//Səbinə Hüseynli, Editor.az