Sülh müqaviləsinin imzalanması prosesi niyə GECİKİR?- Ermənistan Azərbaycan əlaqələrində Türkiyə faktorubackend

Sülh müqaviləsinin imzalanması prosesi niyə GECİKİR?– Ermənistan Azərbaycan əlaqələrində Türkiyə faktoru

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın Azərbaycanla danışıqlar prosesindən yayınması növbəti hərbi eskolasiyaya gətirməyəcək. Baş nazir Nikol Paşinyan hazırda Türkiyə ilə yaxınlaşmaq siyasəti aparır. Türkiyə ilə münasibətlər normallaşarsa, İrəvan Azərbaycanla ikitərəfli masa ətrafında əyləşəcək. Ankara bu istiqamətdə Ermənistan hakimiyyəti ilə danışıqlar aparacaq”

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq bildirib ki, Nikol Paşinyan hazırkı mərhələdə Brüssel danışıqlarından boyun qaçırır və Kremlin ordu daxilində mövqeyindən çəkinərək sülh anlaşılmasına getmir:

“N. Paşinyan ölkə daxilində Rusiyaya bağlı müxalifəti zəiflətmək və ordu daxilində təmizləmələr siyasəti həyata keçircək. Ordu daxilində Rusiyaya bağlı qrup qalmaqdadır və onlar Qarabağ klanına dəstək verə bilərlər. N. Paşinyanım bütün cəhdlərinə baxmayaraq daxildə və xaricdən təzyiqlər onu Brüssel formatında əldə olunan razılaşmaları yerinə yetirməməsinə sövq etdi. Ona görə də erməni baş nazir daxildə ordunun müəyyən qrupunun siyasətə təsirini zəiflədəcək və müxalifətin imkanlarını parçalayacaq. Artıq parlamentdə bu prosesi həyata keçirməyə başlayır”.

M. Əsədullazadənin sözlərinə görə, rəsmi Bakı N. Paşinyanın son siyasətini yaxından izləməlidir:

” İrəvan Ankara ilə yaxınlaşaraq daxildə müxalifəti zəiflədib Azərbaycanla sülhə nail olmağa çalışacaq. Ermənistanda daxili siyasi vəziyyət mürəkkəb və həssasdır. Müxalifətin etirazları fiaskoya uğradığına görə, “B” planı işə salınıb, Türkiyə ilə sülh anlaşılmasının qarşısını almaq üçün hərbi çevrilişə cəhd oluna bilər. Ermənistanla siyasi-hərbi müstəvidə əsas məsələdə prezident İlham Əliyevin əsas strateji planı sülhə nail olmaq və Ermənistanı buna məcbur etməkdir. Hətta Ermənistan və Azərbaycan liderlərinin birbaşa telefon danışıqlarına da ehtiyac var. İki tərəfli telefon diplomatiyası bir çox məsələləri yoluna qoya bilər. İkitərəfli danışıqlarda Ermənistan Qarabağ iddiasından geri çəkiləcək və qarşılıqlı ərazi bütövlüyü tanıması mümkündür. Növbəti aylarda Ermənistan Azərbaycan münasibətlərinə aydınlıq gələcək”.

//Gülnarə Abasova, Editor.az