Türkiyə ZAES məsələsində vasitəçi olmağa hazırdırbackend

Türkiyə ZAES məsələsində vasitəçi olmağa hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub və onlar Ukrayna məsələsini müzakirə ediblər.

Editor.az xəbər verir ki, danışıq zamanı digər məsələlərlə yanaşı, MAQATE missiyasının Zaporojye atom elektrik stansiyasına gəlişi də müzakirə edilib. Bununla bağlı Türkiyə prezidenti rusiyalı həmkarına bildirib ki, Türkiyə Zaporojye atom elektrik stansiyası məsələsində vasitəçilik rolunu öz üzərinə götürə bilər. “Türkiyə lideri qeyd edib ki, ölkəsi əvvəllər taxıl sazişinin əldə olunması üçün səy göstərdiyi kimi, Zaporojye AES ətrafında yaranmış vəziyyətin həllinə də töhfə verməyə hazırdır”, – məlumatda deyilir. Bundan əlavə, prezidentlər İstanbulda bağlanmış “taxıl” sazişinin icrasını müzakirə ediblər.

//Samir,Editor.az