Türkmənistanla iqtisadi əlaqələr türk ölkələrinə nə vəd edir?- ŞƏRHbackend

Türkmənistanla iqtisadi əlaqələr türk ölkələrinə nə vəd edir?- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İqtisadi sahədə Azərbaycan, Türkiyə və Türkmənistan əlaqələri olduqca faydalıdır və bir çox ölkələrin maraqlarına uyğundur”.

Bu fikirləri Editor.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirib.

Onun sözlərinə görə, Türkmənistan uzun müddət türk dövlətləri ilə əməkdaşlıq edib:

“Ümumiyyətlə, Türk Dövlətləri Təşkilatına üzv dövlətləri içərisində yalnız Azərbaycan və Türkiyə arasında ciddi siyasi və iqtisadi əlaqələr var. Nə Azərbaycanın, nə də Türkiyənin Mərkəzi Asiya ölkələri ilə əlaqələr potensialı var. Bunun da bir sıra səbəbləri mövcuddur. Ən başlıcası isə Rusiyanın bunu istəməməsidir. Rusiya maraqlıdır ki, Qazaxıstan, Türkmənistan nefti ona , o da Avropa və dünyaya satsın. Bu amil də Rusiyaya həm maliyyə qazancı gətirir, həm də digər ölkələrin Rusiyadan asılılığını yaradır. Xərclərin leqal statusunun da olmaması boşluqların yaranmasına səbəb olur və güclü ölkələr vəziyyəti manipulyasiya edə bilirlər”.

Ekspertin fikrincə, Azərbaycanın Türkmənistan və Qazaxıstanla birbaşa boru xəttini birləşdirməsi İranın da maraqlarına uyğun deyil:

“ Amma indi dünyada vəziyyət dəyişir, Mərkəzi Asiya ölkələri güclənir, Qərb israrla alternativ marşrutlar axtarır. Bu, həm Azərbaycanın, həm də Mərkəzi Asiya ölkələrinin də xeyrinədir. Çünki Rusiya vasitəsilə satış etdikdə onda. asılılıq yaranır. Amma Azərbaycanın bu ölkələrlə münasibəti qarşılıqlı anlaşmalara əsaslanır. Onları manipulyasiya etmək fikrində də deyil. Azərbaycan üzərindən satış reallaşdıqda qaz birbaşa Avropaya çıxır və daha baha qiymət tətbiq etmək imkanı yaradır. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm amil olaraq qalmaq istəyir. Həm öz resurslarımız mövcuddur, həm də Mərkəzi Asiyanın resurslarını da Azərbaycanın infrastruktur layihələrinə keçirərək qazanc əldə etmək istəyir. Bu baxımdan Transxəzər layihələrinin işə salınmasına mane olmaq istəyən qüvvələr də mövcuddur. Bunlar Mərkəzi Asiyanı özündən asılı saxlamaq və qazanclarını itirmək istəməyənlərdir. Buna da qeyri-təbii güclə nail olurlar. Maneələri neytrallaşdıra bilsək, bu, bizim və türk ölkələri üçün müsbət addım olar”.

//Safura Bənnayeva, Editor.az