Vladimir Putin Donetskə gedəcəkbackend

Vladimir Putin Donetskə gedəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin zamanla işğal olunmuş ərazilərə səfər etmək planlarını açıqlayıb.

Editor.az bildirir ki, bu barədə Peskov jurnalistlərlə görüşündə deyib. Onun sözlərinə görə, Putin nəhayət ki, Donbasa səfər edəcək. Lakin Kreml rəsmisi heç bir təfərrüat və ya tarix açıqlamayıb. O, həmçinin deyib ki, Rusiya Federasiyasında “səfərbərlik başa çatıb” və Rusiya hakimiyyəti bu barədə heç bir əlavə məlumat verməyəcək.

Xatırladaq ki, Putin Rusiyaının Donbasın bir hissəsini daha əvvəl ilhaq etməli olduğunu desə də, guya Donetsk və Luqanskın nə vaxtsa Ukraynaya “birləşə” biləcəyinə ümid etdiyini də bildirmişdi.

   //Samir Qurbanov, Editor.az