Volodimir Zelenski Kişinyovda çağırış etdi: Rusiya ilə həmsərhəd olan bütün Avropa ölkələri Avropa İttifaqı və NATO-ya üzv olsun!backend

Volodimir Zelenski Kişinyovda çağırış etdi: Rusiya ilə həmsərhəd olan bütün Avropa ölkələri Avropa İttifaqı və NATO-ya üzv olsun!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin NATO-ya üzv olmaq niyyətini sülh əldə etmək istəyi ilə izah edib.

Editor.az bildirir ki, Moldovada Avropa Siyasi Birliyinin sammitində çıxış edərkən o, Rusiya Federasiyası ilə həmsərhəd olan bütün digər Avropa ölkələrini də Avropa İttifaqı və NATO-ya üzv olmağa çağırıb. “Bu yaxınlarda bir çinli jurnalist məndən soruşdu ki, niyə NATO? Cavab sadədir: təhlükəsizlik təminatları olmayanda yalnız müharibə zəmanəti var. Bizə sülh, ədalətli dünya lazımdır.

Ona görə də Rusiya ilə həmsərhəd olan və Rusiyanın onlara hücum etməsini istəməyən bütün Avropa ölkələri Aİ və NATO-nun tamhüquqlu üzvü olmalıdır”, – deyə Zelenski bildirib. Ukrayna prezidenti həmçinin qeyd edib ki, Kiyev “Aİ və NATO-ya daxil olmaq barədə aydın müsbət cavab” görmür və “getdikcə daha çox uzaqlaşma meyllərini müşahidə edir. Lakin o ümid edir ki, Ukrayna artıq alyansın iyul ayında Vilnüsdə keçiriləcək sammitində NATO-ya üzv olmaq üçün dəvət alacaq.

Qeyd edək ki, Ukrayna 2022-ci ilin sentyabrında NATO-ya sürətləndirilmiş üzvlük üçün müraciət edib. “Financial Times”ın yazdığına görə, ABŞ, Almaniya və Macarıstan bəzi ölkələrin alyansın iyul sammitində Ukraynaya NATO-ya daxil olmaq üçün “yol xəritəsi” təqdim etmək cəhdlərinə qarşıdır. Qeyd edək ki, Rusiya ilə həmsərhəd olan Avropa ölkələrindən Ukrayna ilə yanaşı, İsveç, Belarus, Gürcüstan Şimali Atlantika Alyansının üzvü deyil. Avropa İttifaqına isə sözügedən ölkələrlə yanaşı, Norveç də daxil deyil.

  //Samir Qurbanov,Editor.az