Zelenski: Putin cəhənnəmə getməzdən əvvəl “müharibə cinayətkarı” kimi mühakimə olunmalıdırbackend

Zelenski: Putin cəhənnəmə getməzdən əvvəl “müharibə cinayətkarı” kimi mühakimə olunmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski “Rusiya lideri Vladimir Putinin cəhənnəmə getməzdən əvvəl Ukraynada törədilmiş cinayətlərə görə “müharibə cinayətkarı” kimi mühakimə olunmalıdır” deyib.

Editor.az-ın xarici mediaya istinadən məlumatına görə, Zelenski bəyan edib ki, Ukraynada baş verən dəhşətlərə görə Rusiya liderinin məhkəməyə verilməsi zəruridir.
Ukrayna lideri Rusiyaya qarşı itirdikləri bölgələri geri alacaqlarını bildirib.

Bu kontekstdə o, Rusiyaya qarşı müharibənin gedişatını dəyişdirmək üçün daha çox əks-hücum edilə biləcəyini bəyan edib.

Xersonu geri almaq üçün həyata keçirilən əks-hücumları dəyərləndirərkən o, kəşfiyyat rəhbərindən yaxşı hesabatlar aldığını bildirib.

Qeyd edək ki, avqustun 29-da Ukrayna ordusu ölkənin cənubundakı Xerson vilayətində Rusiya qüvvələrinə qarşı əks hücuma keçdiyini açıqlamışdı.

//Safura Bənnayeva, Editor.az