backend

İraqdan Bərzaniyə şok: Razılaşma olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi hakimiyyət İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani və İraq prezidentinin müavinləri İyad Əllavi və Üsamə Nuceyfi arasında görüşdə qəbul edilən qərarlarla maraqlanmır.
 
Bu barədə İraq Baş nazirinin nümayəndəsi Saad əl-Hədisi danışıb.
Rəsmi Bağdadın Konstitusiyaya zidd fəaliyyətləri tanımadığını bildirən Hədisi hakimiyyətin referendumla bağlı mövqeyini dəyişmədiyini bildirib.
Qeyd edək ki, İraqın Baş naziri Heydər Abadi də çıxışı zamanı İraq Kürd Muxtariyyəti ilə danışıqların yalnız referendumun ləğv edilməsindən sonra başlaya biləcəyini açıqlamışdı.
//axar.az