Xanımı Necatiyə xəyanət edirmiş – 10 milyon təzminat istəyirbackend

Xanımı Necatiyə xəyanət edirmiş – 10 milyon təzminat istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Necati Şaşmaz ilə 7 ildir evli olan Nagehan Şaşmazın boşanma xəbərləri ötən gündən Türkiyə mediasının gündəmini zəbt edib.

Cütlüyün ayrılmasının səbəbləri ilə bağlı bəzi məqamlar açıqlanıb. Aktyorun vəkili boşanma prosessinin qalmaqallı olacağını bildirib.

Boşanmaq üçün məhkəməyə ilk müraciət edən Necati olub. O, 10 milyon lirə təzminat və iki övladının qəyyumluğunu istəyib.

Vəkil məhkəməyə təqdim etdiyi şikayət ərizəsində Nagehanın evliliyini ağır hərəkətlərlə sarsıtdığını qeyd edib. Almaniya vətəndaşı olan Nagehanın uşaqları özü ilə xaricə aparmasına da qadağa qoyulması tələb edilib. Belə ki, aktyor arvadının övladlarını ondan qaçırdacağını güman edir.

///Axşam.az