2 avtomobil toqquşdu, yoldan çıxan maşın piyadanı vurdubackend

2 avtomobil toqquşdu, yoldan çıxan maşın piyadanı vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göyçay rayonunda yol qəzası baş verib.

Hadisə rayon mərkəzində qeydə alınıb. İsmayıllı rayon sakini, 1998-ci il təvəllüdlü Qasimov Anar Şakir oğlunun idarə etdiyi avtomobillə qarşı hərəkət zolağında olan “Mercedes” markalı avtomobil toqquşub.

“Mercedes”lə toqquşan avtomobil yol kənarındakı piyada, 1990-cı il təvəllüdlü Abdullayev Taleh Əmiraslan oğlunu vurub.

A.Qasımov və T.Abdullayev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

//Trend