backend

Bakıda dəhşətli hadisə: hərəkətdə olan avtomobildən yıxılıb öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda pikapın kuzasından yıxılan şəxs vəfat edib.
Binəqədi rayonu – Mir Cəlal küçəsi 1 ünvanının qarşısıda Vüsal Qasımovun idarə etdiyi “Mitsubishi L200” markalı pikap sərt döngəyə daxil olarkən kuzada olan 31 yaşlı Abuzər Qəhrəmanov müvazinətini saxlaya bilməyib və yolun hərəkət hissəsinə yıxılıb.
Ağır kəllə-beyin travması alan A.Qəhrəmanov Kliniki Tibbi Mərkəzə aparılıb. Lakin həkimlərinə səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

/// Lent.az