Ərdoğan sağlamlığının sirrini açıqladı – Siqaret çəkmirəm, içki içmirəm

23:49 | 28 Mart, 2019

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkədə gənclərin suallarını cavablandırıb.

Ərdoğan “Facebook”, “Twitter” və “İnstagram” hesablarında canlı yayım açıb.

Ərdoğan gənc və gümrah qalmağının sirrini açıqlayıb: “Artıq yaşlanmışam. Qeyri- qanuni olan hər hansı bir vəziyyətimiz söz mövzusu deyil. Siqaret çəkmirəm, spirtli içkilərdən istifadə etmirəm, yuxu rejimimə diqqət edirəm. Sağ olsun, evdə də xanım bizi ciddi mənada sıxışdırır. Hər şeyi yeməyimə imkan vermir. Hazırda kampaniya səbəbiylə idmanla məşğul olmuram. Amma dərhal önümüzdəki həftədən etibarən idmana da davam edəcəyəm”.

//medicina.az

Mövzunu Facebookda şərh et