Milli Məclisin deputatı, iqtisadçı Vahid Əhmədov Səbail rayon icra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramovanın adının 162 saylı məktəbin şagirdi Elina Hacıyevanın intiharı ilə bağlı məsələdə hallandırılmasından danışıb.
Vahid Əhmədov Editor.az-a açıqlamasında bildirib ki, icra başçısının müavini ilə müxtəlif tədbirlər çərçivəsində bir araya gəlib : “Mən Xalidə Bayramovanı icra başçısının müavini olaraq, yüksək mədəniyyətli xanım kimi tanıyıram. Onunla bağlı indiyədək pis münasibətə, xəbərə şahidlik etməmişəm. İnanmıram ki, məlum hadisədə onun hansısa mənfi rolu olsun”.
//Editor.az