36 yaşlı qız ad günündə öldübackend

36 yaşlı qız ad günündə öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyada turist qız ad günü şənliyi zamanı qəfil dünyasını dəyişib.

Bu barədə “Manchester Evening News” yazır.

Nəşrin məlumatına görə, Mançester şəhərətrafı qəsəbələrindən birində yaşayan Heyli Tompson ailəsi ilə birlikdə 36 yaşını qeyd etmək üçün Devonşirə gedib. Səfər çoxdan gözlənilən idi – qadın qraflığı “dünyanın ən yaxşı yeri” hesab edib və səfəri bir neçə həftəyə planlaşdırıb.

İstirahətin ikinci günündə, Tompson hədiyyələri açanda, səhhəti kəskin şəkildə pisləşib. O, vanna otağına gedib və orada yerə yıxılıb. Qızın bir neçə konvulsiv tutması olub, sonra isə o dünyasını dəyişib.

Daha sonra həkimlər britaniyalının dalağın yırtılması və daxili qanaxma səbəbindən öldüyünü öyrəniblər. Hazırda Tompsonun qohumları qadının cəsədini Mançesterə daşımaq üçün ianə aksiyası elan ediblər.

Milli.Az