“Prezident İlham Əliyev Azərbaycanın hərbi qələbəsində aparıcı rolu oynayıb” – İqor Korotçenkobackend

“Prezident İlham Əliyev Azərbaycanın hərbi qələbəsində aparıcı rolu oynayıb” – İqor Korotçenko

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi Prezident İlham Əliyev Azərbaycanın əldə etdiyi hərbi qələbədə aparıcı rolu oynayıb.

Editor.az bildirir ki, bunu Trend-ə rusiyalı hərbi ekspert, “Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

Onun sözlərinə görə, qələbə qazanmış güclü ordunun yaradılması da məhz Prezident İlham Əliyevin müstəsna, fərdi nailiyyətidir:

“Prezident İlham Əliyev dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi ölkənin müharibə ilə üz-üzə qalacağı təqdirdə döyüşə hazır ola bilməsi üçün hər şeyi edib”.

Üçtərəfli bəyanatın imzalanmasından danışan ekspert bildirib ki, bu sənədi qeyd-şərtsiz kapitulyasiya aktı adlandırmaq olar:

“Üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycanın ərazi bütövlüyü siyasi yolla bərpa olundu. Bu siyasətin zəfəridir, dövlət rəhbərinin zəfəridir, Ali Baş Komandanın zəfəridir”.

İ.Korotçenko əlavə edib ki, Prezident İlham Əliyev Azərbaycan və dünya tarixinə 30 illik erməni işğalından sonra ərazi bütövlüyünü bərpa etmiş dövlət başçısı kimi düşəcək:

“İşğaldakı ərazilərin azad edilməsi turizm, aqrar-sənaye sektorlarının inkişafına kömək edəcək və Azərbaycanı iqtisadiyyatın inkişafında yeni nailiyyətlərə gətirib çıxaracaq”.