Kolumbiyada helikopter qəzası: 9 hərbçinin hamısı həlak olubbackend

Kolumbiyada helikopter qəzası: 9 hərbçinin hamısı həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kolumbiyanın hava hücumu aviasiya diviziyasına məxsus “Mi-17” helikopteri Bolivar ştatında qəzaya uğrayıb. Nəticədə təyyarədə olan 9 hərbçinin hamısı həlak olub.

Editor.az xəbər verir ki, bu barədə Kolumbiya ordusu X sosial şəbəkəsində bildirib. Hərbçilər Körfəz Klanından olan narkotik tacirlərinə qarşı əməliyyat keçiriblər. Helikopterin göyərtəsində altı zabit və üç əsgər olub.

Qəzanın səbəbi dəqiqləşdirilməyib. Kolumbiya prezidenti Qustavo Petro yazıb: “Mən Bolivarın cənubunda Körfəz Klanına qarşı əməliyyatda qoşunların təchizatında iştirak edən doqquz ekipaj üzvünün ordu helikopterinin qəzaya uğraması nəticəsində həlak olmasından təəssüflənirəm”.

Xatırladaq ki, Kolumbiyalı qrup – “Körfəz klanı” ölkənin ən böyük narkotik kartelidir.

//Samir Qurbanov, Editor.az