Aprelin 29-da Rusiyanın Odessaya ölümcül hücumunun yeni təfərrüatları məlum olub.
Editor.az bildirir ki, bu barədə Odessa Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper Telegram-da yazıb. Onun sözlərinə görə, Rusiyanın hücumunun daha bir qurbanı 1960-cı il təvəllüdlü kişi olub.
Zərərçəkmiş xəstəxanada dünyasını dəyişib: “İyirmi üç zərərçəkənin tibb müəssisələrində müalicəsi davam edir, 8 nəfərin vəziyyəti ağırdır, onlardan dördünün vəziyyəti çox ağırdır, o cümlədən dörd yaşlı qız…”, – deyə rəsmi əlavə edib. Kiper qeyd edib ki, həkimlər insanları xilas etmək üçün mümkün olan hər şeyi etməyə çalışırlar.
Xatırladaq ki, dünən rusların Odessaya etdiyi raket hücumu nəticəsində 4 nəfərin öldüyü, onlarla insanın yaralandığı xəbər verilmişdi.
//Samir Qurbanov, Editor.az